İstanbulda helikopter qəzası, 5 ölü

İstanbulda helikopter qəzası, 5 ölü
  10 Mart 2017    Oxunub:1094
İstanbulun Böyükçəkməçə rayonunda helikopter qəzaya uğrayıb.
AzVision.az-ın "Milliyet”ə istinadən verdiyi məlumata görə, yanğınsöndürmə helikopteri qülləyə çırpılıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.

Büyükçekmecə Bələdiyyəsinin sədri Hasan Akgün hadisə yerində 5 nəfərin cəsədinin olduğunu bildirib. H. Akgün yolun nəqliyyatın hərəkəti üçün bağlandığını deyib.

AzVision.az


Teqlər: İstanbul   Türkiyə  





Xəbər lenti