Zaxarova yenə Qarabağdan danışdı: "Rusiya digər ölkələrlə birlikdə..."

Zaxarova yenə Qarabağdan danışdı: "Rusiya digər ölkələrlə birlikdə..."
  10 Mart 2017    Oxunub:1876
Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vasitəçilik missiyasını davam etdirmək niyyətindədir.
AzVision.az-ın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə edilən bütün razılaşmalara əməl edilməsi münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir:

“Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri ilə əməkdaşlıq çərçivəsində, həmçinin Rusiya, ABŞ və Fransa prezidentlərinin beş birgə bəyanatında göstərilən müddəalar əsasında vasitəçilik missiyasını davam etdirmək niyyətindədir. Bu sənədlərdə münaqişənin hərbi yolla həllinin yolverilməz olduğu, Azərbaycan və Ermənistan prezidentlərinə məsələni güc tətbiq etmədən həll etmək çağırışı mövcuddur. Bununla paralel olaraq, münaqişə tərəfləri ilə sıx əlaqələri nəzərə alaraq üçlüklə razılaşdırılmış yanaşmalar çərçivəsində Rusiyanın fərdi səyləri də davam etdiriləcək”

AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ   Rusiya  





Xəbər lenti