İlham Namiq Kamal "Arşın mal alan"da oynayacaq

İlham Namiq Kamal "Arşın mal alan"da oynayacaq
  10 Mart 2017    Oxunub:2905
Xalq artisti İlham Namiq Kamal ilk dəfə Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.
Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, son 20 il ərzində Opera və Balet Teatrının repertuarında möhkəm yer tutan tamaşanın özəlliyi ondadır ki, həmin gün tamaşada ilk dəfə Azərbaycan səhnəsinin istedadlı simalarından biri - Xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək.

Yarım əsrə yaxın bir müddətdə Azərbaycanın müxtəlif teatrlarının səhnələrində eyni zamanda televiziya ekranlarında parlaq obrazlar yaradan görkəmli sənətkarımızın opera səhnəsində də uğur qazanacaq.

Tamaşada digər əsas rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.

Tamaşanın dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Şahanə Rəhimli




Teqlər:





Xəbər lenti