Ərdoğan Moskvada Putinlə görüşdü - (Yenilənib)

Ərdoğan Moskvada Putinlə görüşdü - (Yenilənib)
  10 Mart 2017    Oxunub:1703
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Putin görüşdə qeyd edib ki, artıq iki ölkənin dövlətlərarası münasibətləri bərpa olunur. Onun sözlərinə görə, son vaxtlar Rusiya bu münasibətlərin hər iki ölkəyə layiq səviyyəyə qalxması üçün fəal çalışır.

Putin vurğulayıb ki, Rusiya ilə Türkiyənin hərbi və xüsusi xidmət idarələri arasında etimad yüksəkdir və onlar çox səmərəli əməkdaşlıq edirlər: "Rusiya-Türkiyə iqtisadi-ticarət əlaqələri də bərpa olunur, sərmayələr sahəsində əməkdaşlıq və iri layihələrin həyata keçirilməsinə hazırlıq davam edir".

Rusiya prezidenti energetika sahəsində, o cümlədən “Akkuyu” atom elektrik stansiyasının inşası ilə bağlı əməkdaşlığın da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Ərdoğan isə bildirib ki, iki ölkə “Türk axını” və “Akkuyu” AES-in inşası istiqamətində fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, hazırda Türkiyə-Rusiya əməkdaşlığının başlıca istiqamətləri müdafiə sənayesi və energetikadır.

***

“Türk axını” və “Akkuyu” AES-inin tikintisi üzrə Rusiya və Türkiyənin qarşılıqlı əlaqələri olduqca aktiv şəkildə inkişaf edir.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vlaidmir Putinlə görüşü zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə iqtisadiyyatının əməkdaşlığının əsas elementləri müdafiə sənayesi və energetikadır.

Ərdoğan əlavə edib ki, danışıqlar zamanı bu və digər sahələrdə Rusiya və türkiyə qarşılıqlı əlaqələri müzakirə olunacaq.

Hazırda prezidentlərin görüşü davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ərdoğan   Putin   Rusiya   Türkiyə   Moskva  





Xəbər lenti