88 teatr xadimi ömürlük prezident təqaüdünə layiq görülüb

88 teatr xadimi ömürlük prezident təqaüdünə layiq görülüb
  10 Mart 2017    Oxunub:2244
“Azərbaycanda 88 nəfər teatr xadimi ömürlük prezident təqaüdünə layiq görülüb. 130 nəfər isə prezidentin sərəncamına uyğun olaraq illik təqaüd alır”.

AzVision.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycan teatrı müharibələrdən, repressiyalardan keçsə də, heç vaxt dayanmayıb, daima peşəkar kadrlar yetişdirib.

“Teatrımız hər zaman zirvəyə doğru addımlayıb. Bəzən yavaş- yavaş, bəzən sürətlə irəliləyib. Vacib olan odur ki, Azərbaycan teatrı heç zaman bir yerdə dayanmayıb. 2006-cı ildə möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Teatr haqqında qanun” qəbul olunub. 2007-ci ildə də prezident teatrlarımızın maddi- texniki bazasının inkişaf etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bundan əlavə 2009-cü ildə ölkə başçısının digər sərəncamı ilə Azərbaycan teatrının 10 illik inkişafını özündə ehtiva edən “Azərbaycan teatrı 2009-2019” adlı dövlət proqramı qəbul olunub. Bununla teatrlarımız yenidən inkişa etməyə başladı. Milli Akademik Dram Teatrı, Rus Dram teatrı, Gənc Tamaşaçılar Teatrı , Abbas Səhhət adına Kukla Teatrı, region teatrları yenilənib. Hüquqi ünvanı olmyan Sumqayıt Dövlət Dram Teatrına, İrəvan Dövlət Dram Teatrına , Şuşa Dövlət Musiqili Dram Teatrına , Pantomima teatrına binalar verilib. Hazırda Şuşa teatrında təmir işləri aparılır. Sumqayıt Dövlət Dram Teatrı artıq tamaşaçıların ixtiyarındadır”.

Ə. Vəliyev qeyd edib ki, Azərbayacan teatrları bütün beynəlxalq qurumlarda təmsil olunur: “Azərbaycan teatrlarının qastrol səfərlərinin coğrafiyası Amerikadan , Fransadan , Yaponiyadan, İsveçdən və digər Avropa ölkələrindən başlayır. 13 teatrımızda teatr studiya fəaliyyət göstərir. 780 nəfərdən artıq sənətçi son on ildə Azərbayacan dövlətinin ali mükafatlarına, fəxri adlarına layiq görülüb. Teatr xadimlərimizdən 88 nəfəri ömürlük prezident təqaüdü, 130 nəfər isə prezidentin sərəncamına uyğun olaraq illik təqaüd alır. Teatrların maddi- texniki bazasının möhkəmləndirlməsi məqsədi ilə dövlət tearlarının hamısına nəqliyyat vasitələri ayrılıb. Səhnə dəzgahları, səhnə geyimləri, ləvazimatları ilə təmin olunması prosesləri başa çatdırılıb. Azərbaycan teatrlarında çalışan rejissorlar, səs və işıq üzrə mütəxəssislərimiz xarici ölkələrdə staj keçmə kurslarında olublar. 2010-cu ildən başlayaraq 2 ildən bir Beynəlxalq Bakı Teatr Forumu həyata keçirilir. 2016-cı ildə ildə keçirilən foruma 49 ölkədən 150 -dən çox məşhur sənət xadimləri gəlmişdi. Bir sözlə, Azərbaycan teatrları bütün beynəlxalq qurumlarda təmsil olunurlar”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Teatr  





Xəbər lenti