Ərdoğanla Putinin Qarabağı müzakirəsi: “Müharibə riski artıb”

Ərdoğanla Putinin Qarabağı müzakirəsi: “Müharibə riski artıb”
  10 Mart 2017    Oxunub:3826
"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: “ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.

AzVision.az


Teqlər: Qarabağ   Ərdoğan   Putin   Rusiya  





Xəbər lenti