Ərdoğan Avropa ölkəsinə meydan oxudu, onları faşist adlandırdı
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu hərəkətində görə Hollandiya hökumətini faşist adlandırıb.
“İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək. Nazirimizin təyyarəsinə icazə verməyin, görək, sizin təyyarələriniz Türkiyəyə necə gələcək”- Ərdoğan deyib.
Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib.
AzVision.az
Teqlər: Ərdoğan Türkiyə Hollandiya