Çavuşoğlunun İsveçrəyə səfəri təxirə salınıb

Çavuşoğlunun İsveçrəyə səfəri təxirə salınıb
  12 Mart 2017    Oxunub:2436
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İsveçrəyə planlaşdırılan səfəri qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsveçrənin ATS agentliyi Avropa Türk Demokratları Birliyinin İsveçrə bölməsi rəhbərinin müavini Münir Sarukana istinadən məlumat yayıb.

Səfərin hansı səbəbdən təxirə salındığı açıqlanmayıb.

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib.

AzVision.az


Teqlər: Türkiyə   Çavuşoğlu   Avropa  





Xəbər lenti