Danimarka da Türkiyəyə qarşı çıxdı

Danimarka da Türkiyəyə qarşı çıxdı
  13 Mart 2017    Oxunub:1549
Hollandiya ilə diplomatik qalmaqalın yaşandığı vaxtda Danimarka da Türkiyəyə qarşı çıxıb.

AzVision.az xəbər verir ki, Danimarkanın baş naziri Lars Lyokke Rasmussen Türkiyə ilə Hollandiya arasında pik həddə çayan skandala görə baş nazir Binali Yıldırımın Danimarkaya səfərini təxirə salmağı təklif edib.

“Türkiyənin Hollandiyaya olan hücumlarını nəzərə alaraq görüşü bundan kənarda nəzərdən keçirmək olmaz. Mən türk həmkarlarıma görüşü təxirə salmağı təklif etdim”- deyə Danimarkanın baş naziri bildirib.

Qeyd edək ki, B.Yıldırımın Danimarkaya səfəri martına planlaşdırılmışdı.

AzVision.az


Teqlər: Türkiyə   Avropa   Danimarka  





Xəbər lenti