Hollandiyadan Ərdoğana cavab: "Türkiyədən üzr istəməyəcəyik"
Hollandiyanın xarici işlər naziri Bert Kunders də baş nazirin mövqeyini dəstəkləyib: “Üzr istəməyimiz tamamilə istisna edilir”.
Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Türkiyə Hollandiya Ərdoğan Qalmaqal Avropa