Prezident fəxri adlara görə təqaüdləri artırdı

Prezident fəxri adlara görə təqaüdləri  artırdı
  27 Avqust 2013    Oxunub:1244
Azərbaycan Prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) manat, “Əməkdar” fəxri adı üçün 60 (altmış) manat müəyyən edilsin.

“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının 1-ci hissəsində “250 min manat” və “150 min manat” sözləri müvafiq olaraq “100 manat” və “60 manat” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.


Teqlər:  





Xəbər lenti