Sarkisyan rəqiblərini güllələtdirdi - Yenilənib
Qeyd olunub ki, silahlı hücum nəticəsində 3 nəfər yaralanıb və təcili olaraq paytaxtdın “Erebuni” tibbi mərkəzinə gətirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
Xatırladaq ki, martın 12-də Armavir vilayətinin Crarat kəndində “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun nümayəndələri seçicilərlə görüşdən sonra bir qrup şəxslə mübahisələri düşüb. Daha sonra mübahisə davaya çevrilib. Nəticədə general Levon Eranosyanın qardaşı, polis polkovniki Lernik Eranosyan üzərində gəzdirdiyi şəxsi “Makarov” tipli tapancasından göyə 3 dəfə atəş açıb. “Ohanyan - Raffi – Oskanyan” blokun nümayəndələrinin dediyinə əsasən mübahisə kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlamasından sonra baş verib.
Ermənistan İstintaq Komitəsi bildirib ki, martın 12-də axşam saat 18.00 radələrində Crarat kəndində baş vermiş dava zamanı Lernik Yeranosyan və Mikael Baboyan adlı şəxslər ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı beş nəfər saxlanılıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Ohanyan