“Neftçi” uddu, “Qarabağ” liderliyə yüksəldi
İkinci oyun gününün ilk qarşılaşmasında sonuncu çempion meydana çıxıb.
Ağdamın “Qarabağ” klubu doğma meydanda AZAL-ı minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolu 68-ci dəqiqədə Dino Ndlovu vurub.
Günün ikinci qarşılaşmasında “Qəbələ” klubu səfərdə “Neftçi”yə eyni hesabla uduzub. Namiq Ələsgərov matçın 39-cu dəqiqəsində adını tabloya yazdıraraq komandasına qələbə qazandırıb.
Bu nəticələrdən sonra “Qarabağ” komandası xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qəbələ” klubu 46 xalla ikinci, “İnter” isə 39 xalla üçüncüdür.
AzVision.az
Teqlər: Qarabağ Neftçi Qəbələ Futbol