"Yuventus" və "Lester" 1/4 finalda - Video

"Yuventus" və "Lester" 1/4 finalda - Video
  15 Mart 2017    Oxunub:10961
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş keçirilib.
AzVision.az-ın məlumatına görə, keçirilən qarşılaşmalarla 1/4 finalın növbəti iki iştirakçısının adı məlum olub.

İtaliyanın "Yuventus" klubu öz meydanında "Portu"nu qəbul edib. Portuqaliyada keçirilən ilk oyunda 2:0 hesabı ilə qalib gələn Turin təmsilçisi bu dəfə də rəqibindən üstün olub. Oyundan 1:0 hesablı qalibiyyətlə ayrılan "Yuventus" növbəti mərhələyə yüksəlib.



Digər görüşdə isə İngiltərə çempionu "Lester" öz meydanında "Sevilya"nı 2:0 hesabı ilə məğlub edib. İlk oyunda səfərdə 2:1 hesablı məğlubiyyətlə barışan "Lester" evdə rəqibin qapısından keçirdiyi 2 qolla mərhələ adlamağı bacarıb. Bu isə ilk dəfə ÇL-də iştirak edən komanda üçün tarixi uğur hesab oluna bilər.



Qeyd edək ki, 1/4 final mərhələsinin 6 iştirakçısı bəllidir. Bunlar "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya" (Dortmund) və "Bavariya"dır. Digər iki iştirakçının adı isə bu gün keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq.

15 mart

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları


23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun - 3:5

23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun - 4:2

Kənan Məmmədov
AzVision.az


Teqlər: ÇL   Futbol  





Xəbər lenti