Poroşenko Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Poroşenko Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
  15 Mart 2017    Oxunub:1818
Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə rəsmi səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri şahin Mustafayevi qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Poroşenko bu il Kiyevdə keçirilməsi nəzərdə tutulan Ukrayna və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın XII iclasının vacibliyini qeyd edib.

Görüş zamanı tərəflər gəmiqayırma, təyyarə istehsalı, əczaçılıq və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Poroşenko, eyni zamanda Ukraynanın suverenliyini dəstəklədiyi üçün Azərbaycana minnətdarlığını bildirib. O, həmçinin Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Ukrayna   Azərbaycan   Poroşenko  





Xəbər lenti