Azərbaycan “Formula-1” yarışlarından imtina edir?
R.Rəhimov Azərbaycanla bağlı belə bir bəyanatın səsləndirilməsinin qəribə olduğunu deyib.
"Bu sözləri eşitmək olduqca qəribədir. "Liberty Media" bu yarışlara yeni nəzarət etməyə başlayıb, yalnız bir yarışda iştirak edib. Bizə onun niyə bu mövqedən çıxış etməsi olduqca maraqlıdır. Lakin pilotların da dediyi ki, Bakı treki maraqlı və cəlbedicidir. Belə bir bəyənatın səsləndirilməsi qəribədir. Ümid edirəm ki, bu, yalnız bir şəxsin fikridir və "Formual 1"-in idarə heyətinin mövqeyini əks etdirmir. Əks halda biz "Formula 1"lə bağlı müqavilənin artırlıb-artırılmamasını nəzərdən keçirəcəyik. Biz bütün maraqlı tərəflərlə işləməyə və ötən ildən də yaxşı yarış keçirməyə hazırıq".
Qeyd edək ki, "Liberty Media"nın direktoru Qreq Maffeyin Azərbaycan Qran-Prisinin onda müsbət emosiya oyatmadığını deyib və təşkilatçıları uzunmüddətli biznes yarada bilməməkdə ittiham edib.
Eldar Əlvanoğlu
AzVision.az
Teqlər: Formula1 QranPri Azərbaycan Bakı