“SSRİ-ni bərpa etmək niyyətimiz yoxdur” – Lavrov

“SSRİ-ni bərpa etmək niyyətimiz yoxdur” – Lavrov
  15 Mart 2017    Oxunub:2637
“Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Beynəlxalq Həyat” jurnalına müsahibəsində deyib.

Rusiya postsovet məkanında, xüsusilə Mərkəzi Asiya dövlətlərinə ciddi yardım göstərir: “On il ərzində Rusiya Mərkəzi Asiya dövlətlərinə 6,7 milyard dollar məbləğində yardım edib. İkitərəfli əsasda təmənnasız maliyyə yardımı 4 milyard dollardan çox olub. Yardımın həcmi BMT xətti ilə - 570 milyon, Dünya Bankı və digər strukturların xətti ilə isə 1,3 milyard dollar, Avrasiya İqtisadi Birliyinin xətti ilə 592,3 milyon dollar təşkil edib”.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: Rusiya   SSRİ   Lavrov  





Xəbər lenti