Putin: “Sarkisyanla Qarabağı müzakirə etdik” - VİDEO

Putin: “Sarkisyanla Qarabağı müzakirə etdik” - VİDEO
  15 Mart 2017    Oxunub:9225
"Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, həmçinin Bakı və İrəvanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin vurğulayıb.

Ermənistan prezidenti isə münaqişənin sülh yolunda həllində göstərdiyi səylərə görə Rusiyaya, həmçinin digər həmsədr ölkələrə təşəkkürünü bildirib: "Görüşdə 1994-95-ci illərdə imzalanan atəşkəs sazişinə əməl edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların reallaşdırılmasının zəruriliyi vurğulandı. Münaqişənin həllində hədə və güc yolunun tətbiqi qəbul edilməzdir. Biz bunun sülh prosesinə zərbə vurması ilə bağlı həmfikirik".



Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Putin  





Xəbər lenti