Ronaldinyo “Qəbələ” ilə müqavilə imzaladı

  15 Mart 2017    Oxunub : 7069
Ronaldinyo “Qəbələ” ilə müqavilə imzaladı

Məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb.

AzVision.az "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun iştirak etdiyi imzalama mərasimi Dubayın "Burc əl Ərəb" otelində keçirilib. Tərəflər iki illik sözləşməyə imza atıb.

Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açacaq.

Qeyd edək ki, 36 yaşlı futbolçu bununla əlaqədar ötən il Bakıya səfər editmişdi.

AzVision.az

Teqlər: Ronaldinyo   Qəbələ   Futbol