1/4 finala çıxan komandalar bəlli oldu - Video

1/4 finala çıxan komandalar bəlli oldu - Video
  16 Mart 2017    Oxunub:11463
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, keçirilən iki cavab oyunu ilə 1/4 final mərhələsinin bütün iştirakçılarının adı bəlli olub.

İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan "Mançester Siti" Fransada "Monako"nun qonağı olub. Matçdan 3:1 hesablı qələbə ilə ayrılan fransızlar ümumi hesabın 6:6 olmasına baxmayaraq, səfərdə daha çox qol vurduqlarından mərhələ adlayan tərəf olublar.



Turun digər qarşılaşmasında isə "Atletiko Madrid" "Bayer Leverkuzen"i qəbul edib. Matç 0:0 hesablı bərabərliklə başa çatıb. Lakin səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb.



Qeyd edək ki, 1/4 final mərhələsinin digər iştirakçıları "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya Dortmund" və "Bavariya"dır. Növbəti mərhələnin püşkü isə martın 17-də atılacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ÇempionlarLiqası   Futbol  





Xəbər lenti