Nazirə bağlamada bomba göndərildi

Nazirə bağlamada bomba göndərildi
  16 Mart 2017    Oxunub:1633
Almaniyanın maliyyə naziri Volfqanq Şoybleyə poçt vasitəsilə içərisində partlayıcı olan paket göndərilib.
AzVision.az “Proto” nəşrinə istinadən xəbər verir ki, bağlama Yunanıstandan müxalif “Yeni demokratiya” partiyasının sədr müavini Adonisi Qeorqiadisanın adından göndərilib.

Partlayıcı-bağlama çərşənbə günü maliyyə nazirliyinə daxil olub. Şoybleyə ünvanlanan şübhəli bağlamanı nazirliyin əməkdaşları aşkarlayıb.

Polis nazirlikdə olan insanları evakuasiya edib. Berlin polisinin nümayəndəsi partlayıcı maddənin təhlükəli olduğunu bildirib.

Yunan siyasətçi məlumatı təsdiqləyib: “Təəssüf ki, bu doğrudur və bu heç də gülməli deyil”- Qeorqiadis “Twitter”də yazıb. O, özünün də terrorçuların hədəfinə çevrildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Almaniya   Yunanıstan  





Xəbər lenti