İrəvanda 33 milyon pulu "yemək" istədilər

İrəvanda 33 milyon pulu "yemək" istədilər
  16 Mart 2017    Oxunub:1699
“VTB-Ermənistan” bankı ilə bağlı qalmaqal yaşanır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bankın filiallarından birinin meneceri olan Akop Safaryan ötən il bankın kompüteri vasitəsilə 28 mln. dram oğurlamaq istəyib.

Bundan başqa həmin filialın əməkdaşı Levon Mheryan da eyni vasitə ilə 5 milyon 355 min dram oğurlamaq istəyib. Ondan asılı olmayan səbəblərə görə cinayəti törədə bilməyib.

“Artıq onların cinayət işi üzrə təhqiqat başlayıb və araşdırılması üçün Arabkir və Kanaker-Zeytun inzibati rayonlarının birinci instansiya məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər isə öz vəzifəsindən getməyi düşünmür”.

Nəşrin xəbərinə görə, bankın menecerinin çoxlu pul oğurlamağa cəhd etməsi birinci dəfə deyil.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Oğurluq  





Xəbər lenti