İordaniya Senatının sədri: "Qarabağla bağlı qətnamələr icra olunmalıdır"

İordaniya Senatının sədri: "Qarabağla bağlı qətnamələr icra olunmalıdır"
  16 Mart 2017    Oxunub:1729
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmalıdır.
AzVision.az-ın məlumatına görə, bunu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunda çıxışı zamanı İordaniya Senatının sədri Faisal əl-Fayez deyib.

Onun sözlərinə görə, Suriya, İraqd Orta Şərq və digər yerlərdə münaqişələr davam edir və bu münaqişələrin sülh yolu ilə həllini tapması daha yaxşı dünya qurmaq çox vacibdir: "Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu gün biz burada müxtəlif ölkələrin prezidentlərini dinlədik, onlar mövcud böhranların həlli yolları ilə bağlı fikirlərini söylədilər. Bu problemlər bütün dünyanı narahat edir".

Senat sədri qeyd edib ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal edilib və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir: "Düşünürəm ki, hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir".

Eldar Əlavnoğlu
AzVision.az




Teqlər: İordaniya   Qarabağ  





Xəbər lenti