BVF-nin Parisdəki ofisi partadıldı

BVF-nin Parisdəki ofisi partadıldı
  16 Mart 2017    Oxunub:1488
Beynəlxalq Valyuta Fondunun (BVF) Parisdəki ofisində partlayış baş verib.
AzVision.az "Reuters"-ə istinadən xəbər verir ki, partlayış BVF-nın Parisdəki ofisinə göndərilən, içərisinə partlayıcı olan zərfin açılması nəticəsində meydana gəlib.

Zərfi açan mühafizə xidmətinin əməkdaşının yaralandığı deyilir. Həmin zərfin kim tərəfindən göndərilməsi dəqiq məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Almaniyanın Maliyyə Nazirliyinin binasına göndərilən zərfin içərisindən fişək istehsalında istifadə olunan partlayıcı maddə aşkarlanıb. Yunanıstandan göndərildiyi iddia edilən zərfin aşkar edilməsindən sonra polis binada axtarış aparıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: BVF   Paris   Partlayış  





Xəbər lenti