Putin Qarabağdan danışdı: "Sarkisyanla keçirilən görüş göstərdi ki..."
“Ermənistanla bizi qarşılıqlı anlaşma və dostluq əlaqələri birləşdirir. Dünən Serj Sarkisyanla keçirilən görüş göstərdi ki, Rusiya və Ermənistan bir-birini müttəfiqlər kimi etibarlı şəkildə dəstəkləyir. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi, ticarət, investisiya, hərbi-texniki sahə uğurla inkişaf edir. Rusiya vasitəçi qismində regional münaqişələrin (Çox güman ki, Rusiya prezidenti Dağlıq Qarabağ münaqişəni nəzərdə tutur-red) həlli üçün maksimum səy göstərməyə hazırdır”.
Putin əlavə edib ki, beynəlxalq vəziyyətin sağlamlaşmasına ehtiyac var: “Təmkinlik, müdriklik, məsuliyyət lazımdır. Rusiya, bütün dünya birliyi qarşısında olan real problemlərin həlli naminə səylərin birləşdirilməsi uğrunda çıxış edir”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Putin Qarabağ Rusiya Ermənistan