Ukraynada zavodda partlayış, 4 nəfər ölüb

Ukraynada zavodda partlayış, 4 nəfər ölüb
  17 Mart 2017    Oxunub:920
Ukraynanın Zaporojye şəhərində yerləşən "Zaporojkoks" zavodunda partlayış baş verib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, partlayış təmir zamanı baş verib və hadisə nəticəsində 4 nəfər həlak olub.

Yerli polisin məlumatına görə, ölənlərdən 3-ü hadisə yerində, 1-i isə təcili yardım maşınında dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

AzVision.az


Teqlər: Ukrayna   Partlayış  





Xəbər lenti