ABŞ-dan Rusiyaya zərbə: Sanksiyalar qüvvədə qalacaq

ABŞ-dan Rusiyaya zərbə: Sanksiyalar qüvvədə qalacaq
  17 Mart 2017    Oxunub:1215
Ukraynanın Krım üzərində nəzarəti bərpa olunana qədər ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq.
AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

Bunun bağlı yayılan bəyanatda Rusiyanın 3 il əvvəl Krımı işğal etdiyi qeyd vurğulanıb. Dövlət Departamenti Krımda 2014-cü ilin martın 16-da keçirilən referendumun qeyr-legitim olduğunu bəyan edib: “Krım əhalisi ərazinin xarici ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğu vaxt səs verməyə məcbur olub”.

ABŞ bir daha Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti