Püşk atıldı: “Real” “Bavariya”ya qarşı

Püşk atıldı: “Real” “Bavariya”ya qarşı
  17 Mart 2017    Oxunub:1836
Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.
AzVision.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qarşılaşacaq cütlüklər belə müəyyənləşib.

“Atletiko” (İspaniya) - “Lester” (İngiltərə)

“Borussiya” (Dortmund, Almaniya) - “Monako” (Fransa)

“Bavariya” (Almaniya) - “Real” (İspaniya)

“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya)


Qeyd edək ki, ÇL-də 1/4 finalında ilk oyunları 11-12 aprel, cavab görüşləri isə 18-19 aprel tarixlərində keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ÇL   Futbol  





Xəbər lenti