MSK İbrahimbəyova cavab verəcək

MSK İbrahimbəyova cavab verəcək
  27 Avqust 2013    Oxunub:1079
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun müraciətinə cavab verəcək.
Bu barədə AzVision.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, komissiyanın bu gün baş tutacaq iclasında Rüstəm İbrahimbəyovun müraciətinə cavab veriləcək.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun sənədləri avqustun 22-də MSK-ya təqdim olunub. Qurum təqdim olunan sənədlərə 5 gün ərzində baxır və bu gün Milli Şuranın vahid namizədinin sənədlərinin təqdim olunmasının 5-ci günüdür.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti