Bölgələrdə qaz olmayacaq

Bölgələrdə qaz olmayacaq
  27 Avqust 2013    Oxunub:1105
Bu gün Gəncə, Lənkəran və Hacıqabulun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 27-də «Gəncə», saat 13:00-dən 17:00-dək «Avrora» qazpaylayıcı stansiyaları, saat 12:00-dən 16:00-dək isə «Hacıqabul-2» QPS-dən qidalanan «Cihazlar zavodu» ölçü qovşağında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin Xətai prospekti və ətraf ərazilər, Lənkəran rayonunun Burcəli və Hirkan qəsəbələri, eləcə də Hacıqabul rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.


Teqlər:





Xəbər lenti