İki təyyarə toqquşdu: Ölən və yaralılar var

İki təyyarə toqquşdu: Ölən və yaralılar var
  18 Mart 2017    Oxunub:1866
Kanadanın Monreal şəhərində iki yüngülmotorlu “Cessna 152" tipli təyyarə toqquşub.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı əsasən pilotlardan biri ölüb, digəri ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində təyyarələrdən biri ticarət mərkəzinin damına, digəri isə yaxınlıqdakı avtomobil dayanacağına düşüb.

İnsanlar ticarət mərkəzindən dərhal evakuasiya edilib, iki nəfərin xəsarət aldığı bildirilir.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Kanada   Qəza   Təyyarə  





Xəbər lenti