Minlərlə insan Sarkisyana qarşı: İrəvanda oturaq aksiya keçiriləcək

Minlərlə insan Sarkisyana qarşı: İrəvanda oturaq aksiya keçiriləcək
  18 Mart 2017    Oxunub:1379
Ermənistanda "siyasi məhbus" Artur Sarkisyanın həbsxanada ölməsi ölkəni bir-birinə qatıb. Son günlər etirazlar səngimir, minlərlə insan paytaxt İrəvanda ayağa qalxaraq Sarkisyan hakimiyyətinə qarşı çıxıb. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ötən gün nümayişçilər oturaq aksiya keçirmək qərarına gəliblər.
Etirazçılar Sarkisyanın Qarabağ döyüşlərində ölən hərbçilərin qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Məhz bu tələblə bu gün Bakı vaxtı ilə saat 19:00-da İrəvanın Azadlıq meydanında oturaq aksiya olacaq.

Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda minlərlə sakinin iştirakı ilə etiraz aksiyası keçirilib. On minlərlə etirazçı ölkə prezidenti Serj Sarkisyanın əleyhinə şüarlar səsləndirərək İrəvanın mərkəzi meydanına doğru hərəkət edib.

Nümayişçilər "siyasi məhbus" Artur Sarkisyanın ölümünsə Sarkisyanı ittiham ediblər. Etiraz aksiyasında müxaliflərlə yanaşı sadə vətəndaşlar da iştirak edib.

Eldar Əlvanoğlu
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Sarkisyan   Etiraz  





Xəbər lenti