Vaşinqtonda Novruz şənliyi keçirilib - Fotolar

Vaşinqtonda Novruz şənliyi keçirilib - Fotolar
  18 Mart 2017    Oxunub:2112
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda Novruz Bayramı münasibətilə tədbir keçirilib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımız, diplomatik korpus və yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov bu bayramın təbiətin dirçəlməsi ilə bağlı olduğunu xatırladaraq Azərbaycan xalqının da dirçəliş mərhələsindən keçərək 1991-ci ildə öz azadlığı və müstəqilliyinə nail olduğunu vurğulayıb.

Səfir Heydər Əliyevin strategiyası və prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildiyini bildirib.

Tədbir musiqi hissəsi ilə yekunlaşıb. Canlı musiqinin sədaları altında qonaqlara milli yeməklər və Novruz şirniyyatları təqdim edilib.

Eldar Əlvanoğlu
AzVision.az

Qalereya




Teqlər: Vaşinqton   Bayram  





Xəbər lenti