Sumqayıt 2 rayona bölünəcək
E.Əzizov Sumqayıtın Abşeron rayonunun bəzi əraziləri hesabına genişləndiriləcəyini də açıqlayıb. Çox güman ki, həmin ərazi Ceyranbatan qəsəbəsinə gedən yolun sağını əhatə edəcək. İcra başçısının sözlərinə görə, artıq Abşerondakı həmkarı Zakir Fərəcovdan razılıq alınıb və yalnız hökumətin müsbət qərarı qalıb. O, Baş Planın müzakirəsi zamanı yeni tikintilər üçün məhz həmin ərazilərin ayrılmasını məqsədəuyğun sayıb. E.Əzizov bildirib ki, planı hazırlayanların tikinti üçün təklif etdiyi digər ərazidə villalar, geniş mənzillər tikildiyindən, həmin evlərdə yaşayanların köçürülməsi həm iqtisadi, həm də şəhərin görkəmi baxımından münasib sayıla bilməz.(lent.az)
Teqlər: