Xalq artistləri İtaliyada ustad dərsi keçəcək
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Florensiya Konservatoriyasının birgə layihəsi əsasında reallaşacaq ustad dərsləri çərçivəsində konsert proqramı da təqdim ediləcək.
Ustad dərsləri və konsert Bakı Musiqi Akademiyasının professorları, tanınmış vokalçılarımız Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları tərəfindən keçiriləcək.
Qeyd edək ki, layihə ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsini təmin etmək və milli mədəniyyətlərin mübadiləsini həyata keçirmək məqsədi daşıyır.
AzVision.az
Teqlər: Xalqartisti İtaliya