Polad Bülbüloğlunun namizədliyi rəsmən qeydə alındı

Polad Bülbüloğlunun namizədliyi rəsmən qeydə alındı
  18 Mart 2017    Oxunub:2285
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi təsdiq edilib.
AzVision.az xəbər verir ki, bunu UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs deyib.

Qeyd edək ki, namizədlərin siyahısında Polad Bülbüloğlu ilə bərabər, Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri yer alıb.

UNESCO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. İcraiyyə Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci sessiyası çərçivəsində doqquz namizədlə müsahibə aparılacaq.

Oktyabr ayında Şuranın 202-ci sessiyasında gizli səsvermə keçiriləcək. Son qərar 2017-ci ilin noyabrında UNESCO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.

AzVision.az


Teqlər: UNESCO   PoladBülbüloğlu  





Xəbər lenti