`“El”i Eldar Namazovdan alacağam`

`“El”i Eldar Namazovdan alacağam`
  27 Avqust 2013    Oxunub:1218
“El” Hərəkatının yaranma ideyası Rüstəm İbrahimbəyovla mənə məxsusdur. Ona görə də “El” Hərəkatının sədri postunu Eldar Namazovdan alacağam. Xeyir ola, Eldar Namazov mənimlə Rüstəm müəllimin ideyasına sahib çıxıb?”.
Bu sözləri “El” Hərəkatının Ali Məclis sədrinin sabiq müavini Əflan İbrahimov deyib.

O bildirib ki, avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək və orada bir sıra faktlar açıqlayacaq: “Ayın 30-da mətbuat konfransı keçirəcəyəm. Hər şey orada açıqlanacaq. Lazım gəlsə, ondan sonra aidiyyəti qurumlara müraciət də edəcəyəm. Əsas məqsədim sədr kimi “El”in postunda oturmaqdır”.

Ə.İbrahimov deyib ki, o, Rüstəm İbrahimbəyovun yanına gələndə nə Eldar Namazov olub, nə də Eldəniz Quliyev: “Amma Rüstəm müəllim Eldar Namazovu məsləhət bildiyindən o, sədr oldu”.

Sabiq Hərəkat üzvünün sözlərinə görə, “El”in bütün çətinlikləri onun öhdəsində olub: “Təşkilatlanma işlərini mən həyata keçirdim. Mən öz hərəkatımı onlara verəsi deyiləm”.(aznews)


Teqlər:  





Xəbər lenti