Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı
  20 Mart 2017    Oxunub:1475
Almaniyanın Türkiyədəki səfiri Martin Erdman kürdlərin PKK terror təşkilatının rəmzinin nümayiş etdirildiyi Frankfurt mitinqi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilib: "Bizi Almaniya hökumətinin Frankfurtda PKK terror təşkilatının rəmzi və onun rəhbərinin şəklinin nümayiş etdirildiyi yürüşə (18 mart) icazə verməsi narahat edir. Bu, ikili standartların yolverilməz nümunəsidir".

Qeyd edilib ki, Almaniya hökuməti terrorçuların tərəfdarlarına Türkiyə konstitusiyasına düzəlişlərə dair referendum mövzusu ilə bağlı şüarlar səsləndirməsinə icazə verdiyi halda, Türkiyə parlamentarilərinin səsvermə öncəsi təşviqat üçün bu ölkədə yaşayan vətəndaşları ilə görüşməsinə hər vəchlə mane olmağa çalışır. "Biz bu ədalətsiz mövqeyi pisləyirik. Bizim reaksiyamız Almaniyanın Ankaradakı səfirinin diqqətinə çatdırılıb", - deyə bəyanatda vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   Almaniya   XİN  





Xəbər lenti