Azərbaycan NATO-nun hərbi təlimlərinə qatılacaq

  20 Mart 2017    Oxunub : 682
Azərbaycan NATO-nun hərbi təlimlərinə qatılacaq

NATO-nun “Tərəfdaşlıqda güc” devizi altında “Layiqli tərəfdaş-2017” hərbi təlimləri 2017-ci ilin iyul ayında Gürcüstanda keçiriləcək.

AzVision.az Gürcüstan mətbuatına istinadən bildirir ki, qonşu ölkədə artıq bu hərbi təlimlər üçüncü dəfədir keçirilir və bu dəfə daha irimiqysaylı olacaq.

Hərbi təlimlərdə 10 ölkənin hərbiçiləri və NATO tərəfarları-ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, İspaniya, Ruminiya, Sloveniya, Azərbaycan, Ermənistan və Ukraynanın hərbiçiləri iştirak edəcək. Hərbi təlimlərin məqsədiGürcüstanın, o cümlədən NATO-a üzv dövlətlərin regional və vahid əməkdaşlıq imkanlarının formalaşması, o cümlədən logistika və əməliyyat planlaşdırılması və icrasının təkmilləşdirilməsidir.

Hərbi təlimlərin nə qədər davam edəcəyi hələ bəlli deyil. NATO-a üzv və tərəfdaş ölkələrin hərbiçiləri artıq Gürcüstandadır vəhərbi təlimlərin keçirilməsi planları üzərindəiş aparırlar. Planlama işləri maya qədər davam edəcək.

Qeyd edək ki, ilk “Layiqli Tərəfdaş” təlimi 2015-ci ildə Gürcüstanda keçiriləcək.

AzVision.az

Teqlər: NATO   Gürcüstan   Azərbaycan