Zahid Oruc :`AVP mənə kömək etməyib`

Zahid Oruc :`AVP mənə kömək etməyib`
  27 Avqust 2013    Oxunub:965
`Mənim seçki kampaniyamda AVP-nın heç bir üzvi iştirak etmir. Əsas hədəfimiz öz qüvvələrimiz hesabına bu imzanı toplamaq və yaxın zamanda MSK-ya təqdim etməkdir. `
Bunu AzVision.az -a millət vəkili, prezidentliyə namizəd Zahid Oruc özünün seçki kampaniyasında “Ana vətən” Partiyasının üzvlərinin fəal iştirak etməsi və imzaların toplanmasın da onların dəstəyinin olması haqqında yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Deputat bildirib ki, köməyindən istifadə etdiyi insanların qətiyyən adı çəkilən partiya üzvüləri ilə əlaqəsi yoxdur.

`İmza toplama işi təbii ki, müəyyən bir resurs, hazırlıq, bu sahədə olan şəxslərin təlimatlandrılması və s. tələb edir. Ancaq biz əminik ki, bu işin öhdəsindən gələcəyik.

Mən bilmirəm belə məlumatlar hansı niyyəti hədəf edərək yayılıbdır. Buna əvvəlcədən aydınlıq gətirmişdik ki, seçki dönəminə çıxarkən heç bir halda keçmişdə təmil olunduğumuz qüvvənin hər hansısa imkanından istifadə etmiyəcəyik. Ona görə də doğrusu bilmirəm yayılan bu məsələ nə mənanı daşıyır. Əsas hədəfimiz öz qüvvələrimiz hesabına bu imzanı toplamaq və yaxın zamanda MSK-ya təqdim etməkdir`.

Şahanə RƏHİMLİ




Teqlər:  





Xəbər lenti