İçində 44 nəfər olan təyyarə qəzaya düşdü

İçində 44 nəfər olan təyyarə qəzaya düşdü
  21 Mart 2017    Oxunub:2232
Cənubi Sudanda göyərtəsində 44 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, "Supreme Airlines Plane" şirkətinə məxsus təyyarə Vau şəhərinin aeroportunda yerə çırpılıb.

Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri vasitəsilə 14 yaralı xəstəxanalara aparılıb.

“Gazeta.ru”nun yaydığı məlumata görə, təyyarədə olanların hamısı sağ qalıb. Ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

AzVision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti