Səfirlik əməkdaşları Lapşinə baş çəkdi

Səfirlik əməkdaşları Lapşinə baş çəkdi
  21 Mart 2017    Oxunub:1140
Rusiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları həbsdə olan bloqer Aleksandr Lapşinlə görüşüblər.
AzVision.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyin mətbuat katibi Denis Apaşkin bildirib.

"Bu ilin mart ayının 15-ində səfirliyin konsulluğunun əməkdaşları 1 saylı İstintaq Təcridxanasında saxlanılan Rusiya vətəndaşı A.B.Lapşinlə növbəti görüş keçiriblər. Lapşin saxlanma şəraitindən şikayət etmədi. Onun səhhəti qənaətbəxşdir. İstintaq davam edir. Səfirlik A.Lapşinin vəkili ilə daimi əlaqədədir", - deyə o bildirib.

Qeyd edək ki, A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib

Eldar Əlvanoğlu
AzVision.az



Teqlər:





Xəbər lenti