Mehriban Əliyeva ən zövqlü birinci xanım oldu

Mehriban Əliyeva ən zövqlü birinci xanım oldu
  27 Avqust 2013    Oxunub:3650
Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva “Allure” jurnalının versiyasına görə, dünyanın ən zövqlü birinci ledilərinin ilk “yeddiliyi”nə daxil edilib.
“Birinci ledi” (“First lady”) ifadəsi əvvəllər yalnız ABŞ prezidentlərinin həyat yoldaşları haqqında işlənərdi. Lakin bu ifadə sonradan digər dillərə də keçdi. İndi ondan respublika üsul-idarəsinə malik istənilən dövlətin başçısının həyat yoldaşını təqdim etmək üçün istifadə olunur. Bu söz birləşməsindən ilk dəfə 1843-cü ildə yararlanıblar. O zaman ABŞ-ın “Boston Courier” qəzetindəki məqalədə Marta Vaşinqton barədə belə bir cümlə yazılmışdı: “Millətin birinci ledisi çox sadə həyat tərzi keçirir”.

Parlamentli respublika və konstitusiya monarxiya tipli ölkələrdə “birinci ledi” ifadəsi adətən baş nazirin xanımı barədə işlədilir. Bəzi ölkələrdə bu termin dövlət dillərinə tərcümə edilir. Məsələn, Latın Amerikası ölkələrində ona “Primera dama”, Fransada isə “Première dame” deyilir.

Ölkənin birinci xanımları da elə ərləri qədər diqqət mərkəzində olurlar. Buna görə də birinci ledilər həmişə baxımlı, səliqəli və zövqlü olmalıdırlar. Çünki onlar da dövləti təcəssüm edirlər. Bəs bu, kimdə daha yaxşı alınır? (Virtualaz.org)

Qalereya




Teqlər:  





Xəbər lenti