Sabiq deputatın qətli Moskvanı şoka salıb

Sabiq deputatın qətli Moskvanı şoka salıb
  24 Mart 2017    Oxunub:2325
“Moskva Rusiya Dövlət Dumasınn eks-deputatı Denis Voronenkovun qətlinə görə şokdadır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqə bildirib.
"Deməyə əsas var ki, bu sifarişli aksiyadır. Ümid edirik ki, bu qətlin təhqiqatı siyasiləşdirilmədən və obyektiv məlumatlar əsasında aparılacaq", - deyə o vurğulayıb.

Rusiya XİN rəsmisi Ukrayna prezidenti Pyotr Poroşenkonun D. Voronenkovun qətli ilə bağlı bəyanatını da şərh edib: "Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevdə Dumanın eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı bəyanatından sonra Moskvanın şübhəsi yoxdur ki, Kiyev əlindən gələni edəcək ki, heç kim bu qətl barədə heç vaxt həqiqəti bilməsin".

Qeyd edək ki, P. Poroşenko D. Voronenkonun qətlini Rusiya tərəfindən edilmiş dövlət terror aktı adlandırıb.

Xatırladaq ki, D. Voronenkov Kiyevdə atışma zamanı öldürülüb. (APA)

AzVision.az


Teqlər: Rusiya   Qətl   Deputat  





Xəbər lenti