Erməni hərbçiləri ağır qəzaya düşdü: 6 yaralı
Saat 19:00 radələrində Sotk-Kəlbəcər magistralının 35-ci km.-nin "Haruri Dzor" adlanan sektorunda Volkswagen Golf markalı 35 AM 335 nömrəli maşın Ermənistan Müdafiə nazirliyinə məxsus УРАЛ markalı 55 37 Տ nömrəli avtomaşın toqquşub.
Qəza nəticəsində hər 2 maşın aşıb. Volkswagen təxminən 70 metr dərəyə yuvarlanıb.
Qəza nəticəsində 10 nəfər bədən xəsarətləri ilə Vardenis hərbi hospitalına köçürülüb. Məlumata görə, yaralananlardan 6-ı müqaviləli hərbi qulluqculardır.
Şahin Qocayev
AzVision.az