MDB XİN Şurasının növbəti iclası Daşkənddə keçiriləcək
Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb. Şuranın bundan əvvəlki iclası keçən il sentyabrın 16-da Bişkekdə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.
İclasda Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər - Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Moldova və Ermənistanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Məlumatda deyilir ki, iclasda MDB arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq. (Azərtac)
AzVision.az
Teqlər: MDB