Yunkerdən xəbərdarlıq: “Balkanlarda müharibə başlaya bilər”

Yunkerdən xəbərdarlıq: “Balkanlarda müharibə başlaya bilər”
  25 Mart 2017    Oxunub:1728
ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı haqqındakı tənqidi fikirləri Balkan yarımadasında müharibəyə səbəb ola bilər. AzVision.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, D.Tramp Avropada yaranmış mürəkkəb vəziyyətdən məlumatsızdır: “Başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil. Əks təqdirdə Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında müharibə başlaya bilər”, - deyə o bildirib.

AzVision.az



Teqlər: Balkanlar   müharibə   Avropaİttifaqı  





Xəbər lenti