Üç heç-heçə, bir qələbə

  27 Fevral 2013    Oxunub : 354
Üç heç-heçə, bir qələbə
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib.
Saat 15.00-da başlanan ilk iki oyunda eyni nəticə - 1:1 qeydə alınıb. "Qəbələ" öz meydanında "Qarabağ"la görüşdə hesabda irəlidə olsa da, Ağdam təmsilçisi sonradan bərabərlik qolunu vura bilib.

"İnter" isə səfərdə "Bakı"yla görüşdə qələbəni əldən verib. Kaxaber Sxadadzenin komandası matçın 90+2-ci dəqiqəsində öz qapısında qol buraxıb.

Bu mərhələnin daha bir görüşü - "Simurq" - "Neftçi" qarşılaşması da heç-heçə yekunlaşıb.

Digər oyunda isə "Xəzər Lənkəran" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.

1/4 final mərhələsinin təkrar görüşləri martın 7-də keçiriləcək.

17.00. “Simurq” – “Neftçi”- 0:0

17.00. “Rəvan” – “Xəzər-Lənkəran”- 1:2
Qollar: Miloş Zeçeviç, 5, (1:0), Rahid Əmirquliyev, 73, (1:1), Uğur Pamuk, 80, (1:2)

15.00. “Qəbələ” – “Qarabağ”- 1:1
Qollar: Dodo, 33 (1:0), Vüqar Nadirov, 56 (1:1)

15.00. “Bakı” – “İnter”-1:1
Qollar:İ.Kandelaki, 81, (0:1),Aqil Nəbiyev, 90+2 (1:1)

Teqlər: