İlqar Məmmədovun namizədliyi təsdiqləndi

İlqar Məmmədovun namizədliyi təsdiqləndi
  27 Avqust 2013    Oxunub:1130
Mərkəzi seçki Komissiyasının bu gün keçirilən iclasında öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən İlqar Məmmədovun namizədliyi təsdiqlənib.
AzVision.az xəbər verir ki, iclasda həmçinin İlqar Məmmədovun səlahiyyətli nümayəndələri onun namizədliyini təsdiqləyib.
Xalid Zakir oğlu Bağırov İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi təsdiq edilib.

MSK-nın bu gün keçirilən iclasında hazırda “Milli Şura” seçicilərin təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi müzakirə olunur.

Toplantıda Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

Toplantıda həmçinin qurumun 24 və 25 avquts tarixlərində keçirilən iclaslarının protokolları təsdiq edilib.

Bu gün keçirilən toplantıda Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.

Qeyd edək ki, bu günə qədər 22 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Onlardan 18 nəfərin namizədliyi təsdiqlənib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti