Moskvada partlayış təhlükəsi - 300 nəfər təxliyə edilib

Moskvada partlayış təhlükəsi - 300 nəfər təxliyə edilib
  26 Mart 2017    Oxunub:1056
Rusiyanın paytaxtı Moskvada partlayış təhlükəsi yaşanıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvada "Omeqa Plaza" ticarət mərkəzinə partlayıcı qurğunun qoyulması haqda polisə məlumat daxil olub.

Dərhal əraziyə xüsusi briqalar cəlb olunub, partlayış təhlükəsi ilə əlaqədar 300 nəfər təxliyə edilib.

Hazırda hadisə yerində əməliyyat aparılır, hər hansı partlayıcı maddəyə rast gəlinməyib.

AzVision.az


Teqlər: Moskva   Partlayış   Təhlükə  





Xəbər lenti